sedanews.az
sedanews.az

Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb

6-01-2025, 16:49 92 dəfə baxılıb



  Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.
REAL xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.
  Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər: "Onlardan 8 min 429 nəfəri siyasi partiyanın nümayəndələridir".
   Məzahir Pənahov əlavə edib ki, bələdiyyə seçkiləri üçün 25 min 685 yerli müşahidəçi akkreditasiyadan keçib.
MSK sədri həmçinin xatırladıb ki, bu gün təşviqat prosesi başlayıb: "İndi əsas diqqətimizi təşviqat prosesinə yönəltmişik. Çalışmalıyıq ki, proseslər qanuni çərçivədə davam etsin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA