sedanews.az
sedanews.az

Paytaxtda səkkiz yeni məktəb binası inşa olunur - FOTO

3-08-2021, 14:24 380 dəfə baxılıb

Paytaxtda səkkiz yeni məktəb binası inşa olunur - FOTO


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki yeddi ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.
İdarədən Oxu.Az-a verilən məlumata görə, həmçinin ehtiyac olan ərazilərdə səkkiz yeni məktəb inşa olunur.
Onlardan beşində tikinti işləri artıq yekunlaşıb.
Hazırda 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 71 və 307 nömrəli tam orta məktəblərin köhnə korpuslarının əsaslı təmiri və yeni korpusun tikintisi, 320 nömrəli tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirmə işləri davam edir.
Bundan əlavə, 87 nömrəli tam orta məktəbin köhnə korpusunun, 35 və 263 nömrəli tam orta məktəblərin isə qəzalı vəziyyətdə olan korpuslarının söküntü işlərinə başlanılıb.
Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA