Tarix susmur – 2 Dekabr: Şəhidlərimizi unutmuruq

Hər səhər bir tarix yazılır bu torpaqda. Bəzən sevinc, bəzən kədər dolu səhifələr. 2 dekabr da bu cür tarixlərdəndir – adı çəkilməsə də, yaddaşlarda iz buraxan, torpağa qurban verilən Vətən övladlarının xatirəsinə yazılan gündür.
Bəlkə bu tarixdə heç bir rəsmi şəhid adı qeyd olunmayıb, amma minlərlə ailə üçün dekabrın 2-si – bir övladın, bir qardaşın, bir atanın xatirəsidir. Hər biri üçün bu günün ayrıca bir mənası var.
Şəhidlərimizi yaşatmaq bizim borcumuzdur. Bu gün onların adları küçələrə, məktəblərə, mədəniyyət ocaqlarına verilir və veriləcək. Yaradıcı adamlar onların həyatından ilham alaraq qalaq-qalaq kitablar yazacaq, şeirlər, mahnılar bəstələyəcək. Onlar tariximizin canlı ruhu, gələcəyimizin yol göstərəni olacaq.
Elə bu gün – 2 dekabrda saa 14:00-da qazi Hacı Həsən Hüseynli Seyid, 20 Yanvar Şəhidlər Xiyabanında 25.12.2024-ci ildə mülki təyyarə qəzasında şəhid olmuş pilotlarımız və stüardesa Hökümə xanım haqqında yazdığı "Əbədiyyətə ucan təyyarə" xatirə kitabının təqdimatını keçirəcək. Bu kitab bir hadisənin izi olsa da, əslində yüzlərlə şəhidimizin susmayan səsinə çevrilir. Qələm tarix yazır, qəlblər isə onu oxuyur.
O faciə bir xalqın ürəyinə dağ çəkdi. Pilotlarımız və qəhrəman stüardesa Hökümə xanım bu xalqın təhlükəsizliyi naminə can verdilər. Onlar da Vətən yolunda canını fəda edənlər sırasındadır – qəhrəmanlarımız sırasındadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, ailələrinə səbr diləyirik. Vətən yolunda canını fəda edənlərin heç biri unudulmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, ailələrinə səbr diləyirik. Vətən yolunda canını fəda edənlərin heç biri unudulmayacaq.
Unutmadıq-unutmarıq!
Arzu Tofiqqızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: