Sizin reklam burada728x90
Son dəqiqə:
» » Ağcabədidə ağır qəza: ölən var

Ağcabədidə ağır qəza: ölən var

21.04.2026, 10:03 53 Hadisə Çap et

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Swdanews.az Axar.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
1999-cu il təvəllüdlü Elçin Fazil oğlu Qasımovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə 1993-cü il təvəllüdlü Gündüz İsmixan oğlu Süleymanovun idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub.

Nəticədə VAZ-2107-nin sürücüsü Gündüz Süleymanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, VAZ-2107-nin sərnişinləri, 2006-cı il təvəllüdlü A.Səlimova və 1973-cü il təvəllüdlü Yalçın Yadulla oğlu Əhmədov xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb.