sedanews.az
sedanews.az

Oğlu qucağında maşın sürən ata qəza törətdi, övladı öldü

21-10-2025, 10:45

Oğlu qucağında maşın sürən ata qəza törətdi, övladı öldü




Bakıda həyətində azyaşlı övladı qucağında avtomobil idarə edən sürücü qəza törədib.
Sedanews. az Axar.az-a istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Zabrat qəsəbəsində baş verib.
Belə ki,  qəsəbə sakini 1992-ci il təvəllüdlü Tural Süleymanov qucağında 2018-ci il təvəllüdlü oğlu ilə BMV markalı avtomobili idarə edərkən, uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.
U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Təəssüf ki, hələ də azyaşlı uşağı qucaqda saxlamaqla avtomobil idarə edən şəxslərə rast gəlinir ki, bu da həm qanunazidd, həm də son dərəcə təhlükəli əməldir.
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Bakıda azyaşlının öldüyü yol qəzası ilə bağlı sürücülərə müraciətində bildirilib.
“Ekstremal vəziyyətlərdə aciz qalacaqlarını nəzərə almayan belə sürücülər, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını, sonradan bərpası mümkün olmayan xətaya yol verdiklərini sanki unudurlar. Paytaxtın Zabrat qəsəbəsində Tural Süleymanov qucağında 7 yaşlı oğlu ilə avtomobil idarə edərkən, azyaşlının anidən sürüşərək sürət pedalını sıxması nəticəsində nəqliyyat vasitəsi hasara çırpılıb. Azyaşlı hadisə yerində həyatını itirib, ata isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Övladını sükan arxasında daşıyan valideyn onun təhlükəsizliyini düşündüyünü zənn edir. Amma bəzən yol verdiyimiz səhlənkarlıq səbəbindən qəza anında düşünməyə vaxt qalmır”, - məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA