sedanews.az
sedanews.az

Kərə yağının istehsalı və idxalı artır, amma qiymətlər DÜŞMÜR

20-02-2025, 17:42 96 dəfə baxılıb



Son bir ildə Azərbaycanda kərə yağı qiymətlərində nəzərəçarpan artım müşahidə edilir. Bahalaşmanın istehsalın və idxalın rekord səviyyəyə çatdığı bir dövrdə baş verməsi diqqət çəkir.
sedanevs.az bildirir ki, məhsul bolluğu şəraitində qiymətlərin azalması gözlənilsə də, Azərbaycanda kərə yağı qiymətləri nəinki sabit qalır, hətta bahalaşmağa davam edir.
2024-cü ildə Azərbaycanda kərə yağının idxalında rekord səviyyədə artım olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il xarici ölkələrdən Azərbaycana kәrә yağı vә süddәn hazırlanmış digәr yağların idxalı 78,4 faiz artıb. 2024-cü ildə Azərbaycana 173,6 milyon dollar dəyərində 29,6 min ton kərə yağı gətirilib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə 92,4 milyon dollar dəyərində 16,6 min ton kərə yağı idxal olunub. Dəyər ifadəsində artım daha yüksək olub -88 faiz.
Kərə yağı idxalının belə yüksək səviyyədə artması sonuncu dəfə 1996-cı ildə qeydə alınıb. Həmin il idxal 87,1 faiz olmuşdur. Ümumiyyətlə son 30 ildə xaricdən Azərbaycana kərə yağının idxalında həm artım, həm də azalmalar müşahidə olıunub.
Son 30 ildə kərə yağı idxalında ən çox azalma 1997-ci ildə qeydə alınıb. Həmin il əvvəlki ilə nisbətən 64,2 faiz az yağ gətirimişdi. Ən az azalma isə 2017-ci ildə olub cəmi 3,9 faiz. İdxalda ən az azalma 2016-cı ildə qeydə alınıb- 4,1 faiz

Maraqlıdır yağ istehsalı və idxalı rekord səviyədə artır. Niyə?  Bəlkə ixracımız artır? İxrac göstəricilərinə də nəzər salaq.
2024-cü ildə ölkədən 78,4 milyon dollar dəyərində kərə yağı ixrac edilib. 2023-cü ildə isə bu göstərici 7 milyon dollar olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İxrac icmalında məlumat verilib. Beləliklə 1 ildə kərə yağı ixracı düz 11,2 dəfə artıb.
Mütəxəssislər ixracın kəskin artımını Rusiyaya təkrar ixracla  əlaqələndirirlər.  Bu artım indi də davam edir.
Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə təkcə bu ilin yanvarında Azərbaycandan 940 ton kərə yağı idxal edilib ki, bu da bir il əvvəlkindən (240 ton) 4 dəfə çoxdur.
Ümumiyyətlə son 1 ildə Azərbaycanda kərə yağı qiymətlərində 30 faizdən çox artım müşahidə edilib. Əvvəllər 19 manata satılan kərə yağı indi alıcılara 24 manata təklif olunur.  Məsələnin maraqlı tərəfi odur ki, qiymətlər istehsalın və idxalın rekord səviyyədə olduğu bir dövrdə artıb. Əslində məhsul bolluğu şəraitində qiymətlər düşməli idi.
Araşdırmalar göstərir ki, kərə yağı ölkə daxilində özümüzə çatmır, amma Rusiyaya ixrac olunur. Azərbaycanlı sahibkarlar rusiyada kərə yağına olan tələbi nəzərə alaraq, onu qoonşu ölkəyə daha yüksək qiymətlə satmağı üstün tuturlar. Bu vəziyyət yerli bazarda qiymətlərin yüksək qalmasına səbəb olur.
Ölkənin ərzaq balansına nəzər salanda məlum olur ki, Azərbaycanda kərə yağı ehtiyatı son 5 ildə 38 min tondan 46 min tona yüksəlib. Bunun təxminən 60 faizi yerli istehsalın payına düşür. 2088-ci illə müqayisədə azərbaycanda kərə yağı ilə özünütəminetmə səviyyəsi 84 faizdən 2023-cü ildə 64 faizə düşüb. Hazırda adambaşına kərə yağı istehlakı ildə 4 kiloqram təşkil edir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA