“Əsir” erməni qadının Ermənistandakı evi və həyatı...
Ermənilər və erməniyönümlü xarici media hərbçilərimizin döyüş bölgəsindən xilas etdikləri Ermənistan vətəndaşı Aznif Baqdasaryanla bağlı ağzına gələni yazır.Bəli, məhz “ağzına gələni”, çünki onlar haqqında “ağlına gələni yazıb” demək olmaz. Axı, Ali Baş Komandan dedi – “onlarda ağıl da yoxdur!”Ermənilər xilas etdiyimiz Baqdasaryanı əslində təqdim etmək üçün forma belə tapa bilmirlər: gah mülki şəxs, gah tənha qadın kimi göstərirlər. Əsir düşməsini isə “yatıb qalması” ilə əlaqələndirirlər.
Halbuki Azərbaycan əsgərlərinə “evinizə xoş gəlmisiniz” deyən Baqdasaryan hərbi tibb bacısıdır və Qarabağa məhz erməni əsgərlərini xilas etmək üçün gəlib. Diqqət edin, Qarabağa gəlib. Azərbaycanın işğal altında olan ərazilərinə.
Əslində, Ordumuzun tam haqqı çatırdı ki, ərazisinə soxulmuş bu qadını zərərsizləşdirsin. Amma biz nəinki ona zərər yetirmədik, hətta öz əxlaqi, milli təfəkkürümüzə uyğun davranıb, xilas etdik.
Erməni mediası Baqdasaryanın qonşularına yazdığı məktubu tirajlayıb. Aznif Azərbaycanda ona münasibətdən yüksək səviyyədə razılıq edir. Hətta qonşusu deyir ki, bu, Aznifin öz dəst-xətti, öz imzasıdır və narahatlıq üçün əsas yoxdur.
Baqdasaryanın “erməni kəndlərindən birində” yaşadığı qeyd edilir. Hansı kənddə? Məlumat yoxdur.
Əlbəttə, Dağlıq Qarabağda yaşasaydı, mütləq kəndin adını fəxarətlə verərdilər. Fakt odur ki, o, Ermənistanda yaşayır.
Yaşadığı binanın fotosundan isə görünür ki, kənd deyil – ya qəsəbədir, ya da hansısa şəhər. Çünki kəndlərdə o cür bina olmur.
İndisə Baqdasaryanın yaşadığı binanın və mənzilinin fotolarına baxın. Üçmərtəbəli zibilxanadır.
Bax, acından ölürsünüz, səfalət içində yaşayırsınız! Başqasının torpağını işğalda saxlayıb, ac, səfalət, qorxu və səksəkə, nifrət içində ölürsünüz...
Media yazır ki, Baqdasaryanın qızları ailə qurub Rusiyaya köçüblər, əri yoxdur, başqa qohumları da Ermənistanı tərk ediblər. Ermənistanda doğması qalmayıb, ən yaxını sayılanlar qonşularıdır.
Niyə köçüb ailəsi? Çünki Ermənistanda qalıb acından ölmək istəmirlər.
Baqdasaryanın Feysbuk səhifəsinə baxanda onun mahiyyətini aydın görmək olur. Hərbi formada çəkilmiş şəkillərini, erməni terrorçularının Ordumuza qarşı təxribatlarını əks etdirən videolar paylaşıb. Onun erməni zabitlərlə qol-boyun fotolarını da gördüm...
Yəni bu Baqdasaryan daim bizə qarşı olub, işğalçılıq siyasətinə dəstək verib. Əsgərlərimizi görəndə isə quzuya dönüb və “evinizə xoş gəldiniz” deyib.
Baqdasaryan Ermənistandan Qarabağa gəlib ərazi bütövlüyümüzü pozan, əsgərlərimizə qarşı aktların iştirakçısı olan və quyruğu qapı arasında qalan kimi öz vətənini satan hərbçi-həkimdir. Amma Azərbaycan Əsgəri Baqdasaryanı onun özünün layiq olduğu kimi yox, Azərbaycan Əsgəri adına layiq şəkildə saxlayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.