
Fevralın 5-nə gözlənilən hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə Bakıda və Abşeron yarımadasında hava arabir yağıntılı, bəzi yerlərdə intensiv olacağı bildirilir. Bu gün güclü şimal-qərb küləyi əsəcək və yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağışın sulu qara və qar formasına keçəcəyi proqnozlaşdırılır.
Bu hava şəraiti yalnız paytaxtı əhatə etmir — Azərbaycanın digər rayonlarında da arabir yağış və qar müşahidə olunacağı gözlənilir və bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var.
Ən son meteoroloji məlumatlara görə:
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək və gün ərzində arabir müşahidə ediləcək.
Ölkənin bəzi rayonlarında qərb küləyi də arabir güclənə bilər. Hazırki faktiki ölçmələrdə (fevralın 3-ü saat 10:00) küləyin gücü bəzi bölgələrdə belə olub:
Kəlbəcərdə təxminən 25 m/s (təxminən 90 km/saat) çatan külək müşahidə edilib, Şahdağda isə külək sürəti təxminən 20 m/s təşkil edib.
Bakıda və Abşeron yarımadasında külək təxminən 15 m/s-ə qədər güclənib.
Fevralın 3-ü axşamdan 5-i gündüzədək ölkənin bəzi rayonlarında arabir yağış və qar gözlənilir. Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var ki, bu da nəqliyyat üçün təhlükə yarada bilər.
Yasamal rayonu, MİDA-2 Yaşayış Kompleksində yerləşən binanın fasadı qopub.
Sedanews.az-ın məlumatına görə, sözügedən hadisə 3 il əvvəl təhvil verilmiş 19-cu binada baş verib.
Hadisə nəticəsində ətrafda olan avtomobillərə ziyan dəyib.
Yeni tikilidə üzlük hissələrin qısa müddətdə problem yaratması həm tikinti keyfiyyəti, həm də təhlükəsizlik baxımından suallar doğurub.
Axşam saatlarından davam edən güclü külək nəticəsində fevralın 4-ü saat 12-00-ə şəhər üzrə 37 ağacın sınması, 23 ağacın budaqlarının qırılması qeydə alınıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, dünəndən etibarən gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülür və ərazi təmizlənir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.