sedanews.az
sedanews.az

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Bugün, 13:57


Onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi halları davam edir.
sedanevs.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, aparılan araşdırmalar və daxil olan müraciətlər zamanı kiberdələduzların saxta satış səhifələri yaradaraq müxtəlif məhsulları cəlbedici qiymətlərlə təklif etdiyi müəyyənləşib.
Məlumata görə, ödəniş alındıqdan sonra dələduzlar vətəndaşla əlaqəni kəsir, onların telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar.
DİN vətəndaşlara internet və sosial şəbəkələrdə rastlaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən yoxlamağı, tanımadıqları şəxslərdən məhsul sifariş etməməyi və xüsusilə əvvəlcədən ödəniş tələb edən təkliflərə qarşı diqqətli olmağı tövsiyə edib.
Nazirlik məhsul sifariş etməzdən və ödəniş etməzdən əvvəl satıcı barədə məlumatların, əlaqə vasitələrinin və satış səhifəsinin həqiqiliyinin yoxlanılmasının vacibliyini vurğulayıb.
“Etibar etmədiyiniz və ya həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin. Bank kartı məlumatlarınızı, CVV/CVC kodunu, SMS vasitəsilə göndərilən təsdiq kodlarını və digər məxfi məlumatları üçüncü şəxslərlə paylaşmayın”, - deyə xəbərdarlıqda qeyd olunub.
Kiberdələduzluqla qarşılaşan vətəndaşlardan dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət etmələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA