sedanews.az
sedanews.az

TƏBİB alış-veriş edənlərə müraciət etdi

5-06-2020, 13:27 1 975 dəfə baxılıb

TƏBİB alış-veriş edənlərə müraciət etdi

                Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla əlaqəli həftəsonu qadağaları əsas gətirərək alış-veriş edənlərə bir daha müraciət edib.
Axar.az xəbər verir ki, müraciətdə alış-veriş zamanı insanların özlərini qorumaq tövsiyə olunub:
Qeyd olunub ki, mümkün olduqca onlayn alış-verişə üstünlük verilməli, alış-verişə ailədən bir nəfər göndərməli, pik saatlarda mağazaya getməkdən çəkinməli və yaşayış yerinə yaxın mağazaya getmək lazımdır.
Eyni zamanda xəstə olan şəxsin mağazaya getməməsi, mağaza daxilində asqırarkən və ya öskürərkən ağız və burnu salfetlə örtmək və ya dirsək bükümündən istifadə etmək bildirilib. Maska taxmaq və heç bir halda çıxarmamaq, əllə üzə toxunmamaq, digərləri ilə fiziki məsafə saxlamaq, ödəniş edilən kartı dezinfektantla təmizləmək, ödənişdən sonra spirt tərkibli dezinfektantla əlləri təmizləmək və evə qayıtdıqda əlləri mütləq su və sabunla yumaq məsləhət görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA