COVİD-19 dünya, eləcə də Azərbaycan iqtisadiyyatını böyük sınaq qarşısında qoydu. Dünyanın ən güclü iqtisadiyyatına malik ölkələri belə bu gün COVİD-in zərərlərini yığıb-yığışdıra bilmirlər. İkinci dalğa ilə üz-üzə olan Avropadan fərqli olaraq Azərbaycan iqtisadiyyatının daha az zərərlə xilas olması üçün variantlar gözdən keçirilir.
Karantin rejiminin tətbiq olunması iqtisadiyyatın müxtəlif sektorlarına, eləcə də ticarət şəbəkələrinin iş rejiminə böyük təsir göstərdi, ölkəmizdə iri ticarət mərkəzlərinin fəaliyyəti tamamilə dayandırıldı. Belə vəziyyətdə bir çıxış yolu qalır.
İqtisadçı-ekspert Elmir Səfərli Milli.Az-a açıqlamasında pandemiyanın iqtisadiyyata zərərlərini azaltmaq üçün həmin çıxış yolundan danışıb:
"Aydındır ki, qloballaşma erasında informasiya texnologiyaları ölkələrin iqtisadiyyatına da keçid edib. İnformasiya texnologiyalarının inkişafı, yeni iqtisadi model olan kiberiqtisadiyyat ve kiberbiznesin yaradılmasını məcburi hala gətirib. Azərbaycan daxil, bütün ölkələr artıq bu istiqamətdə ciddi addımlar atır və kiberbizneslərin, kiberiqtisadiyyatın yaradılması üçün zəruri fundamental strategiyalar ortaya qoyur. Fevral ayından başlayan ağır pandemiya şərtləri fiziki olaraq bir çox bizneslərin fəaliyyətini dondurdu. Bu baxımdan informasiya texnologiyalarından istifadə edilərək yaradılan biznes həllər aktuallaşmağa başladı. Məsələn, bir çox ticarət obyektləri fiziki olaraq fəaliyyət göstərə bilmədiyi üçün onlayn tətbiqlərini yaratmağa başladı. Və insanların bu xidmətlərdən istifadə sayı artırıldı.
Alış-veriş mərkəzləri, geyim mağazaları, restoranlar, hətta apteklər belə onlayn tətbiqlər vasitəsilə fəaliyyətini durdurmadan sürdürmə imkanı qazandı. Ümumiyyətlə, onlayn tətbiqlər vasitəsilə fəaliyyətin bir çox müsbət tərəfləri mövcuddur. İlkin olaraq, ticarət obyektləri ilə yanaşı daşıma xidməti göstərən şirkətlər, müxtəlif texnologiyalar şirkətləri və digər əlaqəli fiziki və hüquqi şəxslər də fəaliyyət göstərirlər. Bu isə müəyyən qədər də olsa pandemiya dövründə onlayn iqtisadiyyatın formalaşması deməkdir. Digər tərəfdən müəyyən müddət sonra insanlar onlayn alış-veriş xidmətlərinə daha çox üz tutacağı üçün bu proses sürətləndi. Məsələn, 15 il əvvəl insanlar kommunal xərcləri bankla və ya poçtla ödəyirdilərsə, indi, demək olar, əhalinin əksəriyyəti kommunal xərcləri onlayn tətbiqlər vasitəsilə ödəyir. Ticarət də belədir. İstər qida, istər geyim, istərsə də digər alış-veriş sahələri üzrə onlayn proqramlar və tətbiqlərin formalaşması gələcəkdə hər kəsin rahat bir şəkildə, heç bir yerə getmədən alış-veriş etməsini zəruri hala gətirəcəkdir.
Təbii ki, burada diqqət olunacaq xüsusi məqamlar mövcuddur. Belə ki, bu tip onlayn tətbiqlərin həyata keçirilməsi üçün dövlət tərəfindən xüsusi olaraq informasiya texnologiyaları sahəsində güclü fundamental baza formalaşmalıdır. Eləcə də, onlayn alış-verişin aparılması, onlayn ödəmələrin həyata keçirilməsi üçün onlayn bank sistemlərinin fəaliyyəti artırılmalıdır. Digər tərəfdən, onlayn fəaliyyət göstərən yeni startaplara dövlət tərəfindən xüsusi güzəştli kreditlər və ya investisiyalar ayrılmalı, müəyyən vergi və s. ödəmələrdə xüsusi güzəştlər tətbiq edilməlidir".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
"Görülən tədbirlər pandemiyadan əvvəlki vəziyyətin sürətli bərpasına şərait yaradacaq"
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Şəhid övladları “Zəfər” intellektual yay düşərgəsində
Məktəbəqədər təhsildə alternativ maliyyələşmə modelinə keçilir
Azad mətbuatın maliyyə müstəqilliyi: Medianın ən ağrılı problemi
Erməni mediası Misir Mərdanovdan yazdı
Bakı metrosunun Bənövşəyi xəttində yeni stansiya: "Nizami"yə keçid olacaq
Azərbaycan ilə Ekvador arasında viza tələbi ləğv edilir
Ukrayna Nisanovun Moskvadakı bazarını vurdu
Gürcüstan müharibəyə qarışsaydı, yox olardı - Boçorişvili
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra…
Məryəmin orqanları 6 nəfərə həyat verdi - Foto
Çayda batan gəncin meyiti tapıldı
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
ABŞ hərbi aviasiyasında ağır itki: "B-52" qəzaya uğradı, heyət üzvləri öldü
Türkiyədə ard-arda 62 zəlzələ oldu
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto
Ərdoğan ABŞ-İran razılaşmasından yazdı
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb
Edi Rama Prezident İlham Əliyevə məktub göndərib
Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyx Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
“Son zəng”lə bağlı qadağalar - RƏSMİ
Bu kreditlər üzrə faizləri dövlət ödəyəcək – Rəsmi
Həcc ziyarəti başa çatır
Ardıcıl 3 gün iş OLMAYACAQ
TƏBİB-in icraçı direktorunun müavini bu şəxs OLDU
Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi