sedanews.az
sedanews.az

Bakını su ilə təmin edə biləcək böyük anbar varmış

11-01-2024, 15:13 143 dəfə baxılıb

  Bakının Yasamal rayonunda yerləşən yeraltı su anbarı şəhərin su təminatını ödəmək məqsədilə keçən əsrin sonlarında yaradılsa da, laqeydlik səbəbindən fəaliyyətsiz qalır.
  Bunu Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Sahib Məmmədov Bakı şəhərinin Baş planında bu su anbarının adının çəkilmədiyini bildirib:
“Yasamal rayonunda su anbarı fəaliyyətsiz qalır. Dövlətin sənədlərində də su anbarı ilə bağlı məlumat yoxdur, gizlədilir. Səsim çatan hər yerə demişəm, ancaq diqqət cəlb etmir. Görünür yaxşı ərazidir, üzərində bina tikintisi gedir. Həm də böyük kompleksdir. Mən hay-küy salandan sonra gedib kiçik bir su çəni qoydular. Bir az istifadə etdikdən sonra deyəsən, dayandırdılar. Ekologiya Nazirliyi maraqlandı, gedib baxdılar, amma məsələ həllini tapmadı. Adın da qoyublar ki, guya bu “Nizami” metrosunun su-nasos stansiyasıdır. Hərçənd məsələyə aidiyyəti yoxdur. Orada milyonlarla kub yeraltı su var. Həmin su sızıntı nəticəsində Xəzər dənizinə sızıb. İndi Xəzərdə şirinləşdirici zavod tikəcəklər, litri də 50 qəpiyə başa gələcək. Halbuki burada 0 qəpikdir. Həmin sudan küçələrin, yaşıllıqların suvarılması kimi sənaye məqsədləri üçün istifadə etmək olar”.
  Onun sözlərinə görə, Yasamal rayonunun icra başçısı olduğu illərdə su anbarından istifadə edib:
“Yasamal rayonun icra başçısı olduğum illərdə o sudan istifadə etmişəm. Hətta qonşu rayonlara da tövsiyə etmişəm. Onlar da sudan istifadə edirdilər. Orada 200 ton rezervuar tikməyi planlaşdırırdım ki, 24 saat ərzində fasiləsiz su daşımaq mümkün olsun. Plan da hazır idi. Məndən sonra o plan həyata keçmədi”.
  Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən saytımıza bildirildi ki, adıçəkilən su anbarı “Azərsu” və FHN-in tabeliyindədir.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayılı isə su anbarının onların balansında olmadığını deyib:
“O anbar bizim balansımızda deyil. Bildiyim qədəri ilə fəaliyyət göstərmir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA