sedanews.az
sedanews.az

AYNA: COP29-un 8 günü ərzində 332 minə yaxın sərnişin daşınıb

19-11-2024, 14:06 112 dəfə baxılıb



  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi 8 gün ərzində 331 861 sərnişinə xidmət göstərilib.
Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
 Bildirilib ki, AYNA-nın təşkil etdiyi 18 Nəqliyyat Mübadilə Mərkəzindən ötən gün 45 minə yaxın sərnişin daşınıb. Sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.
 COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarına Agentlik tərəfindən “BakuBus”, “Bakı Taksi Xidməti”, “Azparking” əməkdaşları daxil olmaqla ümumilikdə 1 600 nəfərdən çox heyət üzvü cəlb edilib. (REAL)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA