ABŞ İrana növbəti zərbəyə hazırlaşır
ABŞ hakimiyyəti İranın Fordo nüvə obyekti üçün sanksiya istisnalarını ləğv edib.Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, Fordo nüvə obyekti üçün istisnanın ləğvi qərarının 15 dekabrda qüvvəyə minəcəyini bildirib.
Pompeonun sözlərinə görə, bu barədə qərar Fordo nüvə obyektində İranın yenidən uranın zənginləşdirilməsi işinə başlamasına görə verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.