Sizin reklam burada728x90
Son dəqiqə:
» » Gürcüstanda Azərbaycan və Ermənistan baş nazirləri arasında görüş olub

Gürcüstanda Azərbaycan və Ermənistan baş nazirləri arasında görüş olub

27.10.2023, 12:20 Gündəm Çap et

   Oktyabrın 27-də Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədovla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
  “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
   Görüş Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxranidə keçirilib.
   Danışıqların təfərrüatları açıqlanmayıb. "İmedi" telekanalının məlumatına görə, üçtərəfli görüş bir neçə saat davam edib.