Sizin reklam burada728x90
Son dəqiqə:
» » Zelenski: Ukrayna müharibəni bitirmək üçün ərazilərindən imtina etməyəcək

Zelenski: Ukrayna müharibəni bitirmək üçün ərazilərindən imtina etməyəcək

25.08.2024, 22:48 Siyasət Çap et


  Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xətti boyunca müharibənin dayandırılması variantına hazır olmadığını və müharibəni bitirmək üçün ərazilərdən imtina etməyəcəyini vurğulayıb.
APA xəbər verir ki, Zelenski bunu Hindistan mediasının nümayəndələri ilə görüşündə deyib.
Prezident bildirib ki, Ukrayna Hindistanın Baş naziri Narendra Modinin sülh ideyalarını müzakirə etməkdən məmnundur, lakin öz ərazilərindən, xalqından və dəyərlərindən imtina etməyə hazır deyil.