sedanews.az
sedanews.az

Harvard universitetinə qəbul olmuş İsmayıl ABŞ-a buraxılmadı-Rəzalət!..-FOTOLAR

29-08-2019, 13:53 755 dəfə baxılıb

Harvard universitetinə qəbul olmuş İsmayıl  ABŞ-a buraxılmadı-Rəzalət!..-FOTOLAR



Buna dostlarının sosial şəbəkələrdə yazdığı siyasi şərhlər səbəb olub?..

Amerikanın ən qədim və dünyanın ən nüfuzlu universitetlərindən biri sayılan Harvard universitetinə daxil olan fələstin əsilli bir gənc ABŞ-a girişinə yasaq qoyulub. 
Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.
Özünün jurnalistlərə söylədiyi kimi, İsmayıl Əcəvi Boston hava limanına çatdıqda xüsusi xidmət əməkdaşları tərəfindən bir neçə saat ərzində saxlanılaraq dindirilib.  Gənc müsəlmanın telefonu və dizüstü kompüterində axtarış apardıqdan sonra onun vizası ləğv olunub və müəslman gənc "ABŞ üçün arzuolunmaz şəxs" elan edilib. 
Məlum olub ki, ABŞ hakimiyyətinin bu qərarına səbəb fələstinli oğlanın dostlarının sosial şəbəkələrdəki siyasi şərhləri olub. İsmayıl özü isə bu günədək  heç bir siyasi mesaj və şərh yayımlamadığını bildirib.
Xülasə, bu minvalla Harvard təqaüdünə layiq görülən 17 yaşlı oğlan vətəninə- Livana qayıtmaq məcburiyyətində qalıb.  Universitet nümayəndələri də öz növbəsində fələstinli gənc və ailəsi ilə əlaqə saxladıqlarını və sentyabrın 3-də tədris ili başlamazdan əvvəl "problemin həll ediləcəyinə" ümid etdiklərini bildiriblər.

P.S. “Euronews”-dən əldə etdiyimiz son məlumata görə, İsmayıl Əcəvi Boston hava limanında 5 saat sorğu-sual edildiyini bildirib. “5 saatdan sonra məni  xüsusi  kabinəyə çağıran bir görəvli qadın dostlarımın sosial mediada ABŞ əleyhinə siyasi yazılar paylaşdığını söyləyərək üzərimə bağırdı”-deyə müsəlman gənc qeyd edib.
Mövzuyla əlaqədar verdiyi yazılı bir şərhdə, ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin sözçüsü Maykl Makkarti yalnız fələstinli tələbənin “ABŞ-a giriş üçün uyğun olmadığı”nı söyləyə bilib... 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA