Sizin reklam burada728x90
Son dəqiqə:
» » İran Hörmüz boğazını bağladı və xəbərdarlıq etdi

İran Hörmüz boğazını bağladı və xəbərdarlıq etdi

11.06.2026, 15:23 Dünya Çap et

   ABŞ-ın atəşkəs şərtlərini dəfələrlə pozmasından sonra Hörmüz boğazı növbəti xəbərdarlığa qədər bağlı qalacaq.
Axar.az xəbər verir ki, bu barədə İranın Hörmüz boğazına nəzarət edən Fars Körfəzi Boğazı Administrasiyası (PGSA) X hesabında paylaşım edib.
Qurumun yaydığı məlumata görə, qərar bölgədə ABŞ-ın addımları nəticəsində yaranan gərginlik və İran Silahlı Qüvvələrinin son bəyanatları nəzərə alınaraq qəbul edilib.
  “Xəbərdarlıq edirik: heç bir gəmi Fars körfəzində və Oman dənizində lövbər salmamalıdır. Hörmüz boğazına yaxınlaşmaq düşmənlə əməkdaşlıq hesab olunur. Keçid üçün müraciət etmiş və icazə gözləyən tərəflər səbirli olmalı və əlavə göstərişləri gözləməlidirlər”, - bəyanatda bildirilib.