sedanews.az
sedanews.az

Vətənə ömrünü həsr edən Qəhrəmanın doğum günü

Bugün, 10:09

       Bəzi insanlar yaşadıqları ömrün uzunluğu ilə deyil, Vətən üçün göstərdikləri fədakarlıqla yadda qalırlar. Azərbaycan xalqının qəhrəman övladları olan şəhidlərimiz də məhz belə insanlardır. Onlar öz canlarını doğma torpağın müdafiəsi, xalqın azad və təhlükəsiz yaşaması naminə fəda edərək əbədiyyətə qovuşublar.
 Şəhidlərimizin həyatı Azərbaycan gəncliyinə örnək olan şərəfli bir yol olub. Onlar Vətən qarşısındakı borclarını layiqincə yerinə yetirərək ən uca zirvəyə – Şəhidlik məqamına yüksəliblər. Bu müqəddəs zirvə yalnız Vətən sevgisini hər şeydən üstün tutan insanlara nəsib olur.
   Ümid Bahadur oğlu Novruzlu və Samir Elçın oğlu Allahverdiyev öz ömürlərini Vətən yolunda fəda etsələr də, adları Azərbaycan tarixində əbədi yaşayacaq. Onların xatirəsi daim ehtiramla anılacaq, göstərdikləri qəhrəmanlıq heç zaman unudulmayacaq.
    Ümid Novruzlu 1992-ci il iyunun 7-də Babək şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
Ümid Novruzlu 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
   Azərbaycan Ordusunun giziri olan Ümid Novruzlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ümid Novruzlu noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Babək şəhərində dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Novruzlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
   Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Novruzlu ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
   Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ümid Novruzlu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Ümid Novruzlu ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
  Bu gün Şəhidimizin doğum gününü qeyd edərkən, bir daha anlayırıq ki, Azərbaycan torpaqlarının bütövlüyü, xalqımızın qüruru və bugünkü müstəqilliyimiz minlərlə qəhrəman oğullarımızın qanı bahasına əldə olunub. Şəhidlərimizin göstərdiyi igidlik və qəhrəmanlıq gələcək nəsillər üçün daim örnək olacaq.
  Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!
Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Çünki Vətən uğrunda canından keçənlər heç vaxt unudulmur.
   Şəhidlər ölməz, Vətən bölünməz!


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA