sedanews.az
sedanews.az

Əbədiyyətə qovuşan şəhidimiz

Bugün, 09:27




  Bizə bəxş etdikləri azad və bütöv Azərbaycan üçün canlarından keçən şəhidlərimizin keçdiyi ömür yolu hər birimiz üçün qürur mənbəyidir. Vətən müharibəsinin cəsur döyüşçülərindən biri, iyunun 8-də doğum gününü qeyd etdiyimiz şəhid əsgər Mayıl Qurbanovdur.
Qurbanov Mayıl Mayis oğlu 8 iyun 1996-cı ildə İmişli rayonunun Xoşçobanlı kəndində doğulmuşdur. 2004-cü ildə ailəsi ilə Bakıya köçsə de, doğma yurduna, torpağına bağlılığı hər zaman sonsuz idi. 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətini başa vuran Mayıl, dinc həyatda çalışsa da, Vətənin çağırışına hər an hazır bir vətəndaş idi.
  Vətən müharibəsinin ilk günlərindən etibarən könüllü olaraq silaha sarılan Mayıl Qurbanov, cəbhənin ən qaynar nöqtələrinə yollanır. O, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən ən çətin və qanlı döyüşlərdə fəal iştirak edir. Verilən hər bir tapşırığı qorxmadan, cəsarətlə yerinə yetirən Mayıl, qələbəyə günlər qalmış — 3 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüşərkən qəhrəmancasına şəhid olur. Şəhidimiz doğulduğu İmişli rayonunun Xoşçobanlı kəndində böyük izdihamla torpağa tapşırılmışdır.
  Döyüş meydanında nümayiş etdirdiyi şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülmüşdür.
Mayıl Qurbanov və onun kimi minlərlə qəhrəmanımız sayəsində bu gün başımız dikdir. Onun əziz xatirəsi hər zaman uca tutulacaq.
Ruhun şad olsun, qorxmaz döyüşçü! Doğum günün mübarək!










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA