Ən önəmli məsələ heç bir zaman işğalla razılaşmamaqdır
Ermənistan yalnız xain qonşu deyil, həmdə barbardır. Uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain qonşu Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv etməyə çalışmışdır. Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Bu gün də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanılmasına, ölkədə yaşayan bütün xalqların, etnik azlıqların hüquq və azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanır.
Cənab İlham Əliyev aprel ayının 29-da ADA universitetində “ Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxış edərək, 30 ilə yaxın davam edən işğal ərzində şəhər və kəndlərimizdə barbarlıq və vandalizm aktlarının həyata keçirildiyini qeyd etdi. Bəzi rayonlarda, Kəlbəcərdə, Laçında və qismən Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Belə bir proqram beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır.
Cənab İlham Əliyev Şuşa Bəyannaməsindən danışarkən bu Bəyannaməni imzalamaqla Azərbaycan Türkiyə əlaqələrinin həm sözdə həm də əməldə bir olduğunu bütün dünyaya bəyan etdiyini xüsusilə vurğuladı.
Azərbaycan Ermənistana sülh müqaviləsini imzalamaq üçün təklif etdiyi 5 prinsipi Erməni hökuməti qəbul edib və bu 5 prinsip Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Əgər sülh müqaviləsi imzalanarsa və həmin prinsiplər həyata keçirilərsə, onda Qafqazda sülhün uzunmüddətli və dayanıqlı olacağı gözlənilir.
Cənab Prezident öz çıxışında Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyinin və təşəbbüslərinin Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldiyini qeyd edib.
Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Ermənistan hökuməti də bu münasibəti normallaşdırmalıdır, Azərbaycana olan ərazi iddialarına son qoymalıdır. Aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif səviyyələrdə üçtərəfli görüşlərin təşkilinə dair Azərbaycandan artıq bir neçə dəfə təkliflər irəli sürülsə də Ermənistan hər dəfə bu görüşlərdən imtina edir.
“İşğal dövründə yalnız Qarabağı geri qaytarmağı düşünmürdük” deyən Cənab İlham Əliyev Azərbaycan müstəqilliyinin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışdığını və buna nail olduğunu qeyd etdi.
Ölkəmiz artıq tam müstəqildir, müstəqil siyasət aparmaq imkanı var və Qarabağı geri qaytardı. Xüsusi diqqəti sülh gündəliyinə və iqtisadiyyata ayırmalıyıq ki, hər il milyardlarla insanı silah alınmasına yox, iqtisadi inkişafa yönəldək. Siyasi və iqtisadi dialoq davam etməlidir. Hazırkı regional konfiqurasiya “Azərbaycanı qane edir” söyləyən Cənab İlham Əliyev ölkəmizin bütün qonşularla yaxşı münasibəti olduğunu qeyd etdi.
Azərbaycan sərvət və sabitlik yaradıcısıdır. İqtisadi, regional nəqliyyat əlaqələri nöqteyi-nəzərdən tamamilə yeni xəritə olmalıdır. Artıq yeni nəqliyyat xəritəsi yaradılıb.
Azərbaycanın Mərkəzi Asiya ölkələrinin öz aralarında apardığı siyasi məsləhətləşmələrə qoşulmaq üçün böyük potensialı var. Beş ölkə formatı var. Azərbaycanın bu ölkələrlə və bu ölkələrin xalqları ilə çox yaxın tarixi əlaqələri və ənənəvi münasibətləri var. Xəzər dənizi mədəniyyətlər və iqtisadiyyatlar arasında daha böyük körpü rolunu oynamalıdır. Ermənistanın bu prosesdə iştirak edəcəyi bilinmir. İştirak etmələri üçün imkan da var. Ermənistana təklif edilən Zəngəzur dəhlizi adlandırılan dəhliz onların ərazisindən keçəcək.
Çin ilə münasibətlərdən danışarkən Cənab Prezident bu münasibətlərin strateji əhəmiyyətə malik olduğunu qeyd etdi. Çin prezidenti Si Cinpin İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır.
Sərhədlərin müəyyən edilməsi ilə bağlı verilən sualı cavablandıran cənab İlham Əliyev sərhədlərin müəyyənləşdirilməsi zamanı tarixin mütləq nəzərə alınmasını, Cənubi Qafqazın sovetləşməsindən sonrakı dövrə aid xəritələrdən istifadə olunmasının vacibliyini vurğuladı. Sərhədlər müəyyən edilən zaman bütün xəritələrdən 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrdəki xəritələrə qədər.
Avropa ittifaqı ilə yaxın əməkdaşlıq Azərbaycanın müasirləşməsinə, o cümlədən yeni nəslə, təhsil potensialına ciddi töhvə verəcək. Avropa ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir. Dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir və Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycanın gələcək inkişafına müsbət təsir göstərəcək.
Suraxanı rayonu, 85 nömrəli tam orta məktərbin direktoru Maxsud Əhmədov