sedanews.az
sedanews.az

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

26-04-2024, 14:00 97 dəfə baxılıb

  Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən Taleh Yusifovun (Hacı Tağı) ölümü ilə bağlı tədbir keçirilib.
  Bu barədə tədbir təşkilatçıları sosial media kanallarında paylaşımlar edilib.
Tədbirdə Azərbaycan Respublikasında axtarışda olan və SEPAH-a sığınanlar, iranlı mollalar və SEPAH üzvləri iştirak ediblər.
  Çıxışçılar Azərbaycan Respublikasına qarşı ənənəvi fikirlər səsləndirib.
Qeyd edək ki, terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olan Taleh Yusifov Suriyadan Rusiyaya gedib, 2022-ci ildə isə Azərbaycan Respublikasına ekstradisiya edilib.
   O, aprelin 22-də İran və Suriyada olduğu zamanlar davamlı istifadə etdiyi narkotik maddələrin fəsadlarından irəli gələn xəstəlik səbəbindən həbsxanada ölüb.
 Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA