sedanews.az
sedanews.az

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”

26-04-2024, 12:57 225 dəfə baxılıb

  “Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib”.
  Oxu.Az-ın məlumatına görə, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli qətnamə qəbul etməsinə dair bəyanatında yer alır.
  Qeyd olunur ki, bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil:
“Belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri, sadəcə, Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar.
  Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti, həmçinin, diqqəti Avropa cəmiyyətinin, həqiqətən, aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır.
Bundan əlavə, Azərbaycana qarşı sanksiya çağırışları yalnız Azərbaycan və Avropa ittifaqı arasında münasibətləri mürəkkəbləşdirir”.
“Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq”, - deyə XİN-dən bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA