sedanews.az
sedanews.az

Lənkəranda baş vermiş zəlzələdən sonra bəzi evlərdə çatlar qeydə alınıb

13-05-2024, 12:06

   Mayın 11-də Lənkəranda saat 17:21-də baş verən maqnitudası 5.3 bal olan zəlzələnin dərinliyi 20 kilometr olduğu üçün ətraf ərazilərdə, hətta Qarabağda 3 baladək hiss olundu. Ondan sonra xırda təkanlar oldu. Afterşoklar içərisində ən böyüyün maqnitudası 4.4 bal oldu və hiss edildi. Çox güclü, dağıdıcı deyildi. Asta-asta enerji boşalması getdi. Hazırda sakitlikdir.
  Sedanews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə müsahibəsində deyib.
 “Orta gücdə olan zəlzələ idi. Episentrdə 6 bal olması nəticəsində çay daşları ilə keyfiyyətsiz tikilən bəzi evlərdə çatlar qeydə alındı”, - deyə Q.Yetirmişli deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA