İyuna qədər Şuşaya 370 ailənin köçürülməsi planlaşdırılır Şuşa şəhərinə növbəti köç yola salınıb və ümumilikdə 136 nəfər olmaqla 38 ailə köçürülüb. İyunun əvvəllərinə qədər min 450 nəfər olmaqla 370 ailənin köçürülməsi planlaşdırılır. Bundan öncə, ilkin mərhələdə birinci yaşayış kompleksinə 20 ailə olmaqla 88 nəfər köçürülüb. Azərbaycan prezidenti İlham ƏLiyev və birinci xanım Mehriban Əliyeva Qarabağ və Şərqi Zəngəzur səfəri çərçivəsində yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olduqdan sonra Şuşaya ilk köç edən ailələrlə görüşdülər. Dövlət başçısı çıxışında bildirid ki, məqsədimiz Şuşa da daxil olmaqla azad olunan əraziləri dirçəltməkdir. İşğaldan azd olunan ərazilərdə quruculuq işləri İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlanıb. O cümldən Şuşada... Qısa zaman kəsiyində Füzulidən Şuşaya çəkilən Zəfər yolundan başqa, indi daha geniş magistral yol çəkilir. Yeddi tunel və çoxkörpülü dördzolaqlı yol gələn ilin sonuna qədər hazır olacaq. Şuşanın tarixi abidələri də bərpa olunur. Hətta Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa, Saatlı və Mamayi məscidləri, Mehmandarov məscidi və Mehmandarovun evi, Üzeyir Hacıbəylinin dağıdılmış evində yenidənqurma və bərpa işləri başa çatıb. Şirinsu hamamının əsaslı təmirdən sonra açılmışı oldu. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Bir sözlə, Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Paralel olaraq məşğulluq məsələləri, azad olunan ərazilərə qayıdacaq insanların işlə təmin olunması öz həllini tapır. Qarabağ və Şərqi Zəngəzurun nəinki Azərbaycanın, Qafqazın, hətta dünyanın ən gözəl yerlərindən biri olacağı hədəflənib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Reala açıqlamasında bildirdi ki, təkcə şəhərə deyil, növbəti mərhələlərdə Şuşanın qəsəbə və kəndlərinə də köç prosesi reallaşacaq. Yaxın günlərdə Xocalı şəhərinə də ilk köç proses başlayacaq və 50 ailənin köçürülməsi nəzərdə tutulur. Qeyd edək ki, Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində Xocalı şəhəri yenidən salınır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: