sedanews.az
sedanews.az

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanılıb

15-05-2024, 11:52 248 dəfə baxılıb

   Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

  Sumqayıt Şəhər Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxslərinin 2018-ci ilin sentyabrından 2023-cü ilin sentyabrınadək müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və əsassız olaraq əmək haqqı ödənilməsi yolu ilə 188 min manatdan çox pul vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
  Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA