sedanews.az
sedanews.az

Nadir Adilov: Ölkədə birinci rübdə boşanma ilə bağlı 1300 nikaha xitam verilib

15-05-2024, 11:31 181 dəfə baxılıb


  • Ölkədə cari ilin birinci rübündə boşanma ilə bağlı 1300 nikaha xitam verilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mediasiya Şurasının İdarə Heyətinin sədri, Hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda mayın 15-də keçirilən konfransda səsləndirib.
   Mediasiya Şurasının İdarə Heyətinin sədri bildirib ki, ölkədə boşanmaların əsas səbəbi planlaşdırılmış nikahlardır. O deyib ki, cari ilin birinci rübündə quruma 11 min 692 min müraciət daxil olub və bundan təxminən 10 min müraciət ailə mübahisəsi zəminindədir. Müraciətlərdən 522-si kommersiya, 487-si əmək, 83-ü isə digər sahələrə aiddir.
   N.Adilov məişət mübahisəsi çərçivəsində qızıl-zinət əşyalarının geri qaytarılması, cehiz məsələsi ilə bağlı müəyyən problemlərin yarandığından danışıb. O, ailə-məişət zəminində baş verən problemlərin həlli istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, psixoloqlarla bağlı inzibati məsuliyyətlə əlaqədar qanunvericilikdə bəzi boşluqlar vardır. Vətəndaşların əksəriyyəti psixoloqlardan zərər görürlər və biz çox vaxt çətinlik qarşısında qalırıq.
   Ödənişsiz vəkil xidməti ilə bağlı danışan N.Adilov əmək mübahisələrinin sayının kəskin aşağı düşdüyünü də diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA