DÜZGÜN VƏ SƏHV PƏHRİZ: SAĞLAMLIĞIN AÇARI VƏ TƏHLÜKƏSİ
Müasir dövrdə insanlar sağlam həyat tərzi sürməyə daha çox önəm verirlər. Bunun əsas istiqamətlərindən biri də düzgün qidalanma, yəni pəhrizdir. Düzgün seçilmiş pəhriz orqanizmin sağlam işləməsi üçün olduqca vacibdir. Lakin unutmamalıyıq ki, hər pəhriz faydalı deyil. Səhv tətbiq olunan pəhrizlər isə insan sağlamlığı üçün ciddi təhlükələr yarada bilər.
DÜZGÜN PƏHRİZİN FAYDALARI
Düzgün pəhriz orqanizmin enerji balansını qoruyur, immuniteti gücləndirir, dəri, saç və dırnaqların sağlamlığını təmin edir, arıqlama və çəki nəzarətində müsbət rol oynayır, xroniki xəstəliklərin, xüsusilə şəkərli diabet, təzyiq və ürək-damar problemlərinin qarşısını alır
SƏHV PƏHRİZ orqanizmdə vitamin və mineral çatışmazlığı, maddələr mübadiləsinin pozulması, hormonal disbalans, əzələ itkisi və ümumi zəiflik, yuxusuzluq, əsəbilik və depressiya, böyrək, qaraciyər və mədə-bağırsaq problemləri kimi ağır nəticələrə gətirib cıxara bilər
ƏN ÇOX GÖRÜLƏN SƏHV PƏHRİZLƏRDƏN biri özbaşına ac qalmaq (uzunmüddətli oruc),
tək qida ilə qidalanma (məs. yalnız protein və ya yalnız meyvə)- Sosial mediada yayılan “dəbli” pəhrizləri sınaqdan keçirmək, həkim məsləhəti olmadan qida əlavələri və detoks proqramlarıdı.
PƏHRİZ EDƏRKƏN İLK ÖNCƏ PEŞƏKAR MƏSLƏHƏT ƏLDƏ ETMƏK ÜÇÜN BİR NECƏ HƏKİMƏ MÜRACİƏT ETMƏK VACİBDİ:
Diyetoloq – fərdi pəhriz proqramı hazırlayır
Endokrinoloq – maddələr mübadiləsi və hormon sistemi ilə bağlı məsələləri izləyir
Qastroenteroloq – həzm sistemi problemlərini araşdırır
Psixoloq və ya psixoterapevt – emosional yeyim və stresə bağlı yemə davranışını tənzimləməyə kömək edir
Unutmamalıq ki, düzgün pəhriz sağlam həyatın təməlidir. Ancaq pəhriz seçimi yalnız sosial şəbəkə tövsiyələri ilə deyil, mütəxəssis dəstəyi ilə həyata keçirilməlidir. Sağlamlıq riskə atıla bilməz – hər opqanizm fərqlidir və pəhriz də universal deyil.
Sevinc Salehqızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: