Ukraynaya dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu
Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Elmar Mövsüm oğlu Əliyev dron zərbəsindən həlak olub.
Sedanews.az Axar.az-a istinadən istinadla xəbər verir ki, E.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib.
Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan E.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması üçün Azərbaycana yola salınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: