sedanews.az
sedanews.az

ÜST-dən xəbərdarlıq: Koronavirusun yeni və daha təhlükəli ştamı yarana bilər

9-06-2022, 11:04 255 dəfə baxılıb



    Koronavirusun yeni, daha təhlükəli ştammı hər an yarana bilər.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
"Pandemiyanın bitdiyi hissi başa düşüləndir, lakin yanlışdır. Hər an çoxlu sayda insan müdafiəsiz qaldığı halda, koronavirusun yeni və daha təhlükəli variantı meydana çıxa bilər", - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, qlobal miqyasda koronavirus yoluxma və ölüm hallarının sayı azalsa da, ÜST ölkələri ayıq-sayıq olmağa çağırır.
   Dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 537 milyonu keçib.
indiyədək 6 milyon çox insan dünyasını dəyişib.
   Pandemiya ərzində həmçinin koronavirusa qarşı 11 milyarddan çox peyvənd edilib.
Virusa iyirmi milyondan çox yoluxma olan ölkələr sırasına ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA