NÖVBƏTİ NOTARİAT KONTORUNUN SAXTAKARLIĞI
<img src="https://imgs.su/upload/193/2889539837.jpg">
NÖVBƏTİ NOTARİAT KONTORUNUN SAXTAKARLIĞI
Bakı şəhər sakini Qədirova Natavan Əlikram qızı şikayətlə bağlı 11.03.2019 tarixində redaksiyamıza gələrək müraciət etdi. O, yazılı surətdə, Nərimanov rayonu 9 saylı Notarial kontorunun notariusu Sadıqov Rəşadət Zülfüq oğlunun ona qarşı edilən qeyri qanuni hərəkəti haqqında məlumatı ərizə formasında bizə təqdim etdi.
Belə ki, şikayətçinin qardaşı Qədirov Nizami 9 ay ağır xəstə olub. Son vaxtlar vəziyyətinin ged-gedə pisləşməsini, ailəli olmamasını, bacısı Qədirova Natavanın ən ağır məqamlarında qardaşına maddi-mənəvi dayaq olmasını nəzərə alaraq Nizami Qədirov 13.03 .2017-ci tarixində Natavan xanımın həyat yoldaşına etibarnamə və daha sonra, 31.03.2017-ci il tarixində Natavan Qədirovanın kürəkəninin adına notarius Rəşadət Sadıqovun və şahidlərin iştirakı ilə vəsiyyətnamə vermişdir.
Bir müddətdən sonra Qədirov Nizaminin vəziyyəti qəfldən pisləşir, əməliyyat олунур və o görmə qabiliyyətini təmamilə itirir. Bundan istifadə edən Qədirov Nizaminin ikinci bacısı Nüşabə Hüseynova həkimlərin etirazına baxmayaraq tanış həkim tapıb Nizami Qədirovu xəstəxanaya yerləşdirir. Və bundan istifadə edərək Hüşabənin həyat yoldaşı Hüseynov Məhərrəm Əsəd oğlu tərəfindən xəstəxanaya həmən notarius dəvət olunur, lakin onun yerinə işcisi Nəsirov Seymur Qulamhüseyn oğlu gəlir. Və o, əvvəlki sənədləri və vəsiyyətnaməni ləğv etdir. Beləliklə iki gözü kor olan Qədirov Nizaminin bu vəziyyətindən yararlanaraq şahidsiz-sübutsuz, hətta həkimin iştirakı olmadan belə, qabaqcadan hazırlanmış blanka ağır xəstəyə imza atdırır. Bu hadisə Natavan Qədirovadan bir müddət gizli saxlanılır. 24.06.2017 –ci ildə Nizami Qədirov bacısı Natəvana zəng vuraraq aldandığını bildirib. Belə ki, ona imza atdıraraq bildiriblər ki, səni müalicəyə Türkiyəyə aparırıq. Bu barədə sübut kimi Natavan Qədirovanın səs yazması da var. Həmən səs yazmada qardaşı açıq-aydın bildirir ki, onu aldadaraq imza atdırıblar və o, indi həmən sənədləri yenidən ləğv etmək istəyir. Bu hadisədən sonra Natəvan xanım qardaşı Nizaminin xahişi ilə yenidən notariusu evə dəvət etmək istəyir. Lakin notarius Rəşadət Sadıqov bildirir ki, bu oyun-oyuncaq deyil və evə gəlməkdən imtina edir. Bunu görən Natəvan xanım ASAN xidmətə zenglə müraciət edir ki, evə notarius göndərsinlər. Lakin ASAN xidmətdən notariat kontorunun nümayəndəsi gəlmək məqamında Qədirov Nizami rəhmətə gedir.
Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu Rəşadət Sadıqovun qanun pozuntusu ilə əlaqədar Qədirova Nətavan və onun kürəkəni Bakı ş. Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etsə də, birinci instansiya məhkəməsi bütün dəlillərə və sübutlara baxmayaraq, iddianı təmin etmir. Və ardıcıl olaraq o biri instansiya məhkəmələrİ də eyni qaydada ilkin qətnaməni quvvədə saxlayırlar. Bununla da Qədirova Natəvan Əlikram qızının və onun ailə üzvlərinin hüquqları acımasız dərəcədə pozulur. Hal-hazırda bununla bağlı iş Konstitusiya Məhkəməsinə göndərilib..
Qədirova Natavan bunla bağl dəfələrlə AR Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident Xanım Mehriban Əliyevaya, Ədliyyə naziri cənab Fikrət Məmmədova məktub ünvanlasa da bu məktublar heç bir nəticə vermir.
Ümüd varıq ki, adiyyatı orqanlar bu haqsızlığa biganə qalmayacaq və Q.Natavan xanımın tezliklə huquqları bərpa olunacaq!