Şəhid Taleh İsmayılovun – doğum günüdü

Bu gün – 26 noyabr, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Taleh İsmayılovun doğum günüdür. Taleh 1984-cü il noyabrın 26-da Lənkəran rayonunun Osakücə kəndində dünyaya göz açmışdı.
Vətənə olan sevgisi, döyüş ruhu və xalqına bağlılığı ilə seçilən Taleh İsmayılov 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş, qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.
O, öz şücaəti ilə təkcə ailəsinin deyil, bütün xalqımızın qəlbində əbədi iz qoydu.
Hazırda onun adı Lənkəran şəhərində əbədiləşdirilib, xatirəsinə tədbirlər keçirilir, doğum günündə anım mərasimləri təşkil olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovun 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edildi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Taleh İsmayılov “Füzulinin azad olunmasına görə” medalı ilə ilə tətif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhun şad olsun, Şəhid Taleh!
Arzu Tofiqqızı
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: