sedanews.az
sedanews.az

Bakıda çökən yoldan istifadə edənlərin nəzərinə:

25-11-2019, 15:47 648 dəfə baxılıb

Bakıda çökən yoldan istifadə edənlərin nəzərinə:

Alternativ yol açıqlandıHazırda Bibiheybət sürüşmə ərazisində aktivlik olduğu üçün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. 
Bunu Oxu.Az-a Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. 
O bildirib ki, nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün sürücülər alternativ yollara yönləndirilir:
“Xüsusilə bütün yük maşınlarının Bakı-Salyan yolunun 14-cü kilometrliyindən mərkəzə doğru hərəkəti tamamilə məhdudlaşdırılıb. 
Nəqliyyat vasitələri 3-cü kənar dairəvi yol vasitəsilə Yasamal rayonu ərazisindən keçməklə hərəkətə davam edə biləcək. 
Müvafiq yol nişanları qoyulmaqla, bu əraziyə yaxın yerlərdə yaşayan sürücülərin təhlükəsiz hərəkəti təmin ediləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA