Seulda Xocalı soyqırımına həsr olunmuş simpozium keçirilib
Bu barədə REAL-a səfirliyin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Koreyaya akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Koreyanın mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələri, media təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov Xocalı soyqırımının təfərrüatları, bu faciənin siyasi və hüquqi mahiyyəti və ümumilikdə, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayətlər barədə məlumat verib.
Yonqsan bələdiyyəsinin baş direktoru Kvoon Yoon Qu, Hanyanq Universitetinin professoru, mədəni antropologiya üzrə mütəxəssis Hi Soo Li Azərbaycan və Koreya xalqlarının əlaqələrinin tarixi kökləri və müasir dövründən bəhs ediblər.
Simpozium çıxışlarla davam edib.
