sedanews.az
sedanews.az

Bakının bu ərazisi söküləcək: “100 minə razı olmur”

17-12-2019, 15:11 693 dəfə baxılıb

Bakının bu ərazisi söküləcək: “100 minə razı olmur”

                Evləri elə yerdə tikmək lazımdır ki, sonra onları sökmək lazım gəlməsin. Elektrik xətlərinin altında, dəmir yollarının qırağında evlərin tikilməsi vətəndaşların özləri üçün təhlükəlidir.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.
Bakının “Şanxay” adlanan ərazisində evlərin sökülməsi ilə bağlı danışan C.Qurbanov qeyd edib ki, həmin yerlərdə evlər sökülən zaman razılıq əldə etmək çətin olur:
“10 kvadratmetr yer üçün 20 minə, 50 kvadratmetlik yer üçün 100 minə razı olmur. Birdən-birə bütün problemlərini həll etmək istəyirlər. Nə vaxtsa hansısa məmurun günahı üzündən dəmir yollarının üzərində yerləşiblər. İndi problem yaranır. “Şanxay” adlanan ərazinin sökülməsi barədə də düşünülür. Nə vaxt olacağını deyə bilmərəm. Amma çalışırıq ki, həll edək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA