sedanews.az
sedanews.az

Aqşin Babayev vəfat etdi

10-06-2020, 11:30 2 082 dəfə baxılıb

Aqşin Babayev vəfat etdi





                Tanınmış yazıçı-dramaturq, şair Aqşin Babayev vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə yazıçının sosial şəbəkə hesabında qeyd edilib.
Onun bu gün səhər saatlarında vəfat etdiyi bildirilib.
Qeyd edək ki, A.Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.
Onun elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. “Nazim Hikmətin yaşamı” adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb.
A.Babayev 1970-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif edilib, 1987-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA