sedanews.az
sedanews.az

Keşişlər Keçikçidağda aksiya hazırlayır: Azərbaycan bayrağı ilə

27-05-2019, 13:19 896 dəfə baxılıb

Keşişlər Keçikçidağda aksiya hazırlayır: Azərbaycan bayrağı ilə


                Mayın 28-də Keşikçidağ kompleksində ruhanilər və bir sıra ictimai qrupların birgə aksiyası keçiriləcək.
Sedanews.az xəbər verir ki, aksiyanın “Qareci – Gürcüstandır və Qafqaz ortaq evimizdir” şüarı altında keçirilməsi nəzərdə tutulur. Aksiyada Azərbaycan, Ermənistan və Gürcüstan bayraqları qaldırılacaq:
“Bu bizim heç kimlə, xüsusilə evimizdə qardaşlarımızla, qafqazlılarla düşmənçilik istəməməyimizin işarəsi olacaq. Bu aksiya ilə biz bütün maraqlı qüvvələri xəbərdar edəcəyik ki, heç kimə provokasiya etməyə, iğtişaşlar törətməyə və regiona dağıdıcı zərbə vurmağa imkan verilməyəcək. İnanırıq ki, həmin gün Qarecidə yanımızda Gürcüstan vətəndaşı olan azərbaycanlılar da olacaq və gürcülər üçün müqəddəs və dəyərli olan bu torpaqdan onlar tarixi vətənləri Azərbaycana və dünyaya deyəcəklər ki, qardaşlıq və dostluğun sərhədi yoxdur, onu maraqlı şəxslər tərəfindən idarə olunan anlaşılmaz siyasət qapatmamalıdır”, – deyə tədbirin təşkilatçısı olan David Qareci din adamlarının yaydığı bəyanatda yer alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA