sedanews.az
sedanews.az

Bakıda yeni mənzillər ucuzlaşır, həyət evləri isə bahalaşır

5-07-2019, 11:28 32 dəfə baxılıb

Bakıda yeni mənzillər ucuzlaşır, həyət evləri isə bahalaşır



Bakıda ay ərzində təkrar mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, may ayında təkrar mənzil bazarında qiymətlərdə 0.61 faiz artım olub, ötən illə müqayisədə isə artım 2.91 faiz təşkil edib.

Onun sözlərinə görə, ilkin mənzil bazarında isə qiymətlər ay ərzində 3.23 faiz azalıb, lakin ötən illə müqayisədə 1.64 faiz azalma olub:


"İlkin mənzil bazarında ucuzlaşma onunla bağlıdır ki, bu mənzillərin qiyməti indiyə kimi kifayət qədər qalxıb və artıq ucuzlaşmağa başlayır".

N.İbrahimov, həmçinin həyət evlərinin qiymətində bahalaşma olduğunu bildirib. Onun sözlərinə görə, həyət və bağ evlərinin qiymətində ay ərzində 6.11 faiz artım, il ərzində isə 1.83 faiz azalma olub.

Ekspert qeyd edib ki, artım mövsümi xarakter daşıyır. Belə ki, yay mövsümü yaxınlaşdıqca həyət və bağ evlərinə tələbat artır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA