6 məhbus həbsxanadan tunel qazaraq qaçdı
6 məhbus həbsxanadan tunel qazaraq qaçdı

Dağıstanın Şamxal qəsəbəsində 6 məhbus həbsxanadan qaçıb.
Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Hazırda güc strukturları cəzaçəkmə müəssisəsindən qaçan məhbusların tutulması üçün müvafiq tədbirlər görür.
Həbsxandan tunel qazaraq qaçmağa müvəffəq olan 6 məhbusun biri Tacikistan, digər 5 nəfər isə Dağıstan vətəndaşıdır.