sedanews.az
sedanews.az

Qırğızıstan və Tacikistan sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər

28-01-2022, 11:10 273 dəfə baxılıb

                         Qırğızıstan və Tacikistan sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər


Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Qırğızıstanın Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.
“Danışıqların yekunlarına görə aşağıdakı razılıqlar əldə olunub: tam atəşkəs haqqında; hər bir tərəfin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə çıxarılması haqqında, Batken-İsfana magistral yolu boyunca hərəkətin açılması, münaqişələrin qarşısının alınması üçün Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarının hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə patrul xidməti haqqında”, - mətbuat xidmətinin sözçüsü bildirib.
Onun sözlərinə görə, danışıqlarda Qırğızıstanın Batken vilayətinin və Tacikistanın Soqd vilayətinin qubernatorları, iki ölkənin sərhəd idarələrinin və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, dünən Qırğızıstan və Tacikistan sərhədində atışma olub. Qarşıdurma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qırğızıstan tərəfinin məlumatına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Lakin Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla törədildiyini bildirir.
***00:38
Qırğızıstanın Batken vilayətinin qubernatoru və Tacikistanın Soqdiysk əyalətinin qubernatorları arasında sərhəddəki atışma ilə bağlı danışıqlar başlayıb.
“Report” xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.
Qeyd edilir ki, tərəflər sərhəddə görüş keçirirlər.
“Qırğızıstan Respublikasının Sərhəd Xidmətinin İnformasiya və Rabitə İdarəsi bildirir ki, Qırğızıstan Respublikası Prezidentinin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsi A.Alimbayev və Qırğızıstan Respublikasının Sərhəd Xidmətinin Batken üzrə sərhəd nümayəndəsi, polkovnik K.Tolonbayev Tacikistanın Suqd vilayətinin qubernatoru və Tacikistan Respublikasının sərhəd nümayəndəsi ilə görüş keçirib. Görüş 28 yanvar 2022-ci il saat 01:43-də başlayıb və Batken vilayətinin Kak-Sai ərazisində keçirilir”, - xidmətin xəbərində deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA