sedanews.az
sedanews.az

Tacikistan Prezidentindən KTMT-yə təklif

11-01-2022, 16:30 356 dəfə baxılıb

                                      Tacikistan Prezidentindən KTMT-yə təklif 

    Emoməli Rəhmon: Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaratmalıyıq
Əfqanıstanda beynəlxalq terror təşkilatlarrının güclənməsi, birbaşa KTMT-nin kollektiv təhlühəsizlik dairəsinə təsir edir.
Bu sözləri Tacikistan Prezidenti Emoməli Rəhmon Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının növbədənkənar sessiyası zamanı bildirib.
“Hələ də Tacikistan-əfqanıstan sərhədinin möhkəmləndirilməsi üzrə məqsədyönlü dövlətlər arası proqramının qəbul olunmaması bizi xüsusi narahat edir. Hörmətli həmkarlar Tacikistan – Əfqanıstan sərhədində vəziyyət hər gün daha da gərginləşir, sərhəd boyunca taliblərin özləri arasında döyüşlər gedir. Təkcə ötən həftə, sərhədin bir hissəsində 11 talib öldürülüb, 18-i yaralanıb. Ona görə də biz Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaratmalıyıq”.
“Sessiya bitdikdən dərhal sonra Emoməli Şaripoviçə telefonla cari məsələlərlə bağlı iki kəlmə demək istərdim. Təcili bir işiniz yoxdursa, sessiya bitdikdən dərhal sonra sizə zəng edim”, - Rusiya Prezidenti Vladimir Putin deyib
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının növbədənkənar sessiyasından sonra Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rahmon Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyəti müzakirə edib. bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya və Tacikistan prezidentləri telefon danışığı zamanı Əfqanıstana, xüsusilə də Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyətə toxunublar.
Onlar həmçinin Qazaxıstandakı vəziyyətlə bağlı bəzi məsələləri müzakirə ediblər.
REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA