sedanews.az
sedanews.az

Nəsiminin 650 illiyi rəngarəng tədbirlərlə qeyd olunacaq

28-03-2019, 12:28 45 dəfə baxılıb

Nəsiminin 650 illiyi rəngarəng tədbirlərlə qeyd olunacaq

    <img src="https://imgs.su/upload/195/648373551.jpg">    
            Ana səhifə                            Hadisə                    
            12 Punto            14 Punto            16 Punto            18 Punto        
                    Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi (1369-1417) klassik Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur. Onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib.
 Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi müxtəlif tədbirlərlə qeyd olunur. Həmçinin dövlət başçısının daha bir sərəncamı ilə 2019-cu il ölkəmizdə “İmadəddin Nəsimi ili” elan edilib.
Dövlət başçısının İmadəddin Nəsiminin yubileyinin keçirilməsi haqqında sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı hazırlanıb. Tədbirlər planında şəhər (rayon) mədəniyyət müəssisələrində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, seminar, kitab sərgisi, bədii qiraət və rəsm müsabiqələrinin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, görkəmli şairin 650 illik yubileyi öncəsi, ötən il ədəbi-mədəni mühitdə geniş rezonans doğuran əhəmiyyətli bir layihə - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 27-30 sentyabr tarixində Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat festivalı keçirilmişdi. Bu il təşkil ediləcək “Nəsimi - şeir, incəsənət və mənəviyyat” II Beynəlxalq festivalı yubiley ilinin ən yaddaqalan tədbirlərindən olacaq.
Heydər Əliyev Sarayında şairin yubileyinə həsr olunan tədbirlər çərçivəsində musiqi kollektivləri və solistlərin iştirakı ilə bədii-musiqili gecə keçiriləcək.
Görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” xoreoqrafik poeması əsasında konsert-tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və YUNESKO-nun baş qərargahında nümayiş olunacaq. Həmçinin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi məqsədilə qeyd olunan tamaşanın rəqəmsallaşdırılması da həyata keçiriləcək. Bundan əlavə, Xalq artisti Firəngiz Əlizadənin “Nəsimi” xoreoqrafik tamaşasının Azərbaycan, Rusiya, Almaniya və Türkiyədə və TÜRKSOY təşkilatında nümayişi təşkil ediləcək. Bu tamaşanın da rəqəmsallaşdırılması nəzərdə tutulur. TÜRKSOY təşkilatında da yubiley tədbirləri keçiriləcək.
Almaniyanın Frankfurt və Türkiyənin İstanbul şəhərlərində keçirilən ənənəvi beynəlxalq kitab sərgilərində Nəsiminin yubileyinə həsr olunmuş tanıtım tədbirlərinin keçirilməsi planlaşdırılır.
Beynəlxalq Muğam Mərkəzində qədim musiqi alətlərinin və sufi musiqisi elementlərinin müşayiəti ilə Nəsiminin qəzəllərindən ibarət muğam konserti təşkil ediləcək. Azərbaycan Dövlət Yuğ Teatrında isə Nəsiminin qəzəlləri əsasında “Haqq mənəm” adlı ədəbi-bədii kompozisiya nümayiş olunacaq.
Şairin əsərlərinin Azərbaycan və xarici dillərdə çap olunması, eləcə də “Nəsimi irsi YUNESKO-da adlı nəşrin hazırlanması da tədbirlər planında yer alıb. Sənəddə həmçinin söz ustadının yubileyinə həsr olunmuş respublika rəsm müsabiqəsinin keçirilməsi də qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA