sedanews.az
sedanews.az

Rusiyanın məşhur avtomobil zavodunun baş direktoru azərbaycanlı oldu

23-05-2019, 17:14 36 dəfə baxılıb

        Rusiyanın məşhur avtomobil zavodunun baş direktoru azərbaycanlı oldu                                

                                                                                                                                                                                                                                                                                                                                                            
                                        2017-ci ildə "Ford Sollers" müəssisəsinin azərbaycanlı prezidenti və baş direktoru Adil Şirinov Rusiyanın məşhur avtomobil zavodunun baş direktoru təyin olunub.
Day.Az oxu.az-a istinadla xəbər verir ki, o, "Sollers" şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodundakı bu vəzifədə Vadim Şvetsovu əvəz edib. 
"Sollers" şirkətinin nümayəndəsi bu məlumatı təsdiqləyib və bildirib ki, A.Şirinov "Ford Sollers"in rəhbərliyində qalacaq:
"Şirinovun yeni vəzifəsində əsas tapşırığı "UAZ"ın təsdiq edilmiş məhsul strategiyasını reallaşdırmaq, brendin bazar borcunu artırmaq və təchizatçıların ümumi paneli yaratmaq, eləcə də satış sahəsində sinerji yaratmaq və diller şəbəkəsini qurmaqdır".
Nümayəndənin sözlərinə görə, A.Şirinovu Rusiya avtomobil sektorunda ən səriştəli mütəxəssislərdən biridir.



"Şübhə etmirəm ki, zəngin əməli təcrübəsi, peşəkar səriştəsi sayəsində Ulianovsk Avtomobil Zavodundakı biznes fəaliyyətinin yüksək keyfiyyət standartlarının və səmərəsinin artıracaq", - o qeyd edib.
Xatırladaq ki, 1964-cü ildə Bakıda dünyaya gəlmiş Şirinovun Rusiya vətəndaşlığı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA