sedanews.az
sedanews.az

Xəzərin dibi ilə boru bu iki ölkəni narahat edir - Şərh

20-08-2019, 15:18 826 dəfə baxılıb

Xəzərin dibi ilə boru bu iki ölkəni narahat edir - Şərh

                “Edison Texnologies GmbH”, “MMEC Mannesmann GmbH”, “Air Liquide Global E&C Solutions” və Çinin “SINOPEC Engineering Group” kompaniyaları Transxəzər layihəsinin tikintisi və maliyyələşməsi ilə bağlı razılığa gəliblər.
Bu sözləri açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, burada Pekinin mövqeyi Kreml üçün gözlənilməz oldu:
“Çin Türkmənistandan Xəzərin dibi ilə ildə 30 milyard kubmetrlik qazın Avropaya nəqli üçün Transxəzər layihəsinə investisiya qoymağa hazırdır. Xatırladım ki, Çinin qaz bazarının 10 faizi, ildə təxminən 35 milyard kub metri türkmən qazı ilə təchiz olunur (ölkənin ümumi qaza olan tələbatı 240 milyard kub metrdir). Görəsən niyə? Rusiya mətbuatının son 1 ildə geniş şəkildə yaydığı məlumatlarda Çinə ixrac edilən qaza görə Türkmənistanın Transxəzər boru kəmərini dolduracaq qazının olmadığı və Pekinin bu layihəyə imkan verməyəcəyi bildirilir. Lakin hadisələrin gedişatı göstərir ki, bu belə deyil. Çin türkmən qazının həm Avropaya, həm də Çinə satılmasında maraqlıdır. Deməli, 300 km-lik borunun Xəzərin dibi ilə çəkilməsi məsələsi ancaq Rusiya və İranı narahat edir. Onlar bu layihənin Qazaxıstan və Rusiya vasitəsi ilə Avropaya nəqlində israrlıdır. Yeri gəlmişkən, “Edison Texnologies GmbH” şirkəti 2018-ci ildə “Şahdəniz-2” yatağının 25 faiz payına sahib olmuşdu. Şirkət ümumilikdə İtaliyanın enerji sektorunda 22 faiz qaz idxalına malikdir”.
istinad






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA