sedanews.az
sedanews.az

Rusiya Yeri qoruyacaq lazer qurğusu yaratdı

24-09-2019, 12:09 741 dəfə baxılıb

Rusiya Yeri qoruyacaq lazer qurğusu yaratdı

                Rusiyanın Samara şəhərində planetimizi asteroidlərdən qoruya biləcək eksperimental lazer qurğusu yaradılıb.
Axar.az xəbər verir ki, bu barədə Korolyov adına Samara Milli Tədqiqat Universitetinin mətbuat xidməti informasiya yayıb.
Məlumata görə, rus alimlərin hazırladığı qurğu gələcəkdə qlobal asteroidlərdən müdafiə sistemlərinə çevrilə bilər. Bundan əlavə, sözügedən texnikadan sənayedə də istifadə etmək mümkündür.
Eksperimental lazer qurğusunda diod şüalarından və təsirsiz qazların atomlarından istifadə edildiyi bildirilir. Bu, daha güclü və keyfiyyətli şüa axını meydana gətirməyə imkan verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA