SEDANEWS.AZ

Dunya xeber agentliyi

    Pensiyalar artıb

    Kategori: ÖLKƏ Tarix: 15-10-2018, 19:45 Bildir?

    Pensiyalar artıb

    #CƏMİYYƏT#PENSİYA
    Azərbaycanda pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb.
    Milli.Az xəbər verir ki, 2018-ci ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaların orta aylıq məbləği 221,1 manata çatıb.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yaşa görə pensiyaların orta aylıq məbləği 9 faiz çoxalaraq, 249,1 manat təşkil edib. Eyni zamanda, cari ilin doqquz ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz (və ya 186,9 milyon manat) çox vəsait yönəldilib.
    ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların həcmində artım dinamikasının davam etməsi nəticəsində hər bir ay üzrə pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin olunur.
    Ölkəmizdə pensiya alanların sayı isə 1 milyon 309 min nəfərdir ki, bu da ölkə əhalisinin 13,2 faizini təşkil edir. Pensiyaçıların 58,5 faizi yaşa, 11,5 faizi ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır.
    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN