SEDANEWS.AZ

Dunya xeber agentliyi

    Bakıda villalar dəyər-dəyməzinə satışa çıxarıldı - FOTOLAR

    Kategori: ÖLKƏ Tarix: 16-10-2018, 14:15 Bildir?
    Bakıda villalar dəyər-dəyməzinə satışa çıxarıldı - FOTOLAR
    Tarix: Bu gün, 11:45 | Çap et
    Bakıda villalar dəyər-dəyməzinə satışa çıxarıldı
    Səbayıl rayonu, 20-ci sahədə sürüşmə zonasına yaxın yerləşən bir çox evin sahibi mənzillərini təcili satışa çıxarıb.

    Axar.az xəbər verir ki, son günlər daha da aktivləşən sürüşmə sözügedən ərazilərə yaxın yerdə yaşayan sakinləri təşvişə salıb. Sakinlər bu vəziyyətdən çıxış yolunu evlərini satmaqda görüb.

    Əmlak saytlarında son bir neçə gündür Səbayıl rayonu, 20-ci sahədə və Badamdarda satışa çıxarılan evlərin sayı artıb. Şəxsi mülklərin əksəriyyətinin təcili şəkildə satıldığı qeyd edilib.

    Paytaxtın demək olar ki, ən bahalı yerlərindən hesab edilən sözügedən ərazidə satışa çıxarılan evlərin qiyməti olduqca aşağı təqdim edilib. Belə anlaşılır ki, sürüşmə təhlükəsinə görə sakinlər evlərini birdəfəlik itirməmək üçün dəyər-dəyməzinə satır.

    Satışa çıxarılan evlərin əksəriyyəti villalardır. Milyon manat dəyərində olan bu mülklərin bəziləri istifadədə olub. Görüntüsü ilə göz qamaşdıran bu villaların çoxunun həyətində oyun meydançası, hovuzu da var.

    Məsələn, Badamdar qəsəbəsində 3-ci massivdə yerləşən ümumi sahəsi 3 sot, 3 mərtəbədən, 6 otaqdan ibarət 360 kvadratmetrlik villa sürüşmənin aktivləşdiyi gündən 6 gün sonra təcili olaraq 275 000 manata satışa çıxarılıb.

    20-ci sahədə 6 sotun içində tikilən 2 mərtəbəli və mansarlı 400 kvadratmetrlik villa da təcili satışa çıxarılan mülklərdəndir. Villa cəmi 450 000 min manata təklif edilir.

    Bununla yanaşı, tikintisi yarımçıq qalmış, yenicə bünövrəsi qoyulmuş villalar da var ki, onlar da satışa çıxarılıb. Məsələn, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən gözəl panoraması olan tikili mülkiyyətçinin qeyd etdiyi kimi dəyərindən yarıbayarı ucuz təqdim edilib. 16 sotun içində tikilən villa 220 000 manatadır.

    Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Ramil Osmanlı bildirib ki, sözügedən ərazidə zamanla baş verən bu cür sürüşmə halları həmin yerlərdə tikilən mülklərin qiymətinə təsir göstərir. Ekspertin fikrincə, mülklərin qiymətində hətta 50 faizə qədər ucuzlaşma qeydə alına bilər:

    “Bu, bazar üçün xarakterik bir haldır. Belə ki, artıq həmin ərazinin köçürüləcəyi ilə bağlı informasiyalar var və hətta hökumət səviyyəsində məsələ ilə bağlı rəsmi münasibət bildirilib. Sürüşməyə təsir göstərən qəzalı vəziyyətdə olan və olmayan tikililərin söküləcəyi qeyd olunur. Bu səbəbdən daha çox qeydiyyat sənədləri qaydasında olmayan fərdi yaşayış evlərinin sahibləri kompensasiya ödənilməmə və ya bazar dəyərindən aşağı kompensasiya ödənilməsi ehtimallarını əsas götürüb evlərini satışa çıxarırlar. Hətta artıq bəzi evlərin söküntüsünə də qərar verilib. Rəsmi dairələrdən qanunsuz tikililərə ümumiyyətlə kompensasiya ödənilməyəcəyi ilə bağlı məlumatlar səslənir. Buna görə də həmin ərazidə satış təkliflərinin sayı sürətlə artır”.

    Ekspert bildirib ki, sözügedən ərazidə müxtəlif dövrlərdə baş verən sürüşmə halları həmişə qiymətə təsir edib.

    Qeyd edək ki, 1 oktyabr tarixindən Bakının sürüşmə zonalarında yenidən aktivlik müşahidə edilməkdədir. Oktyabrın 13-də Səbayel rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şosesi) növbəti dəfə sürüşmə baş verib. Hadisə nəticəsində torpaq kütləsi axaraq, yolun bir hissəsini bağlayıb.

    11 evə elektrik enerjisi, su və qazın verilişi dayandırılıb, 8 sakinə evlərini boşaltmaları ilə bağlı xəbərdarlıq edilib. 4 iaşə obyektinin fəaliyyəti dayandırılıb.

    Sürüşmə zonasında yerləşən evlərin hasarlarına gips mayaklar vurulub.

    Bakıda 58 yaşlı kişi nəvəsi yaşda gənci bıçaqladı

    Bakıda 58 yaşlı kişi nəvəsi yaşda gənci bıçaqladı Bakıda bıçaqlanma olub. Open.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. 1997-ci il təvəlüdlü Nicar Bayramov bıçaq xəsarəti ilə xəstəxanaya...

    Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu -

    Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu - Həbsi gözlənilir Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu - Həbsi gözlənilir Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi...

    Badamdarda evlərin hasarlarının təxminən 30 metr hissəsi ucaraq sürüşmə kütləsi üzərinə tökülüb

    Badamdarda evlərin hasarlarının təxminən 30 metr hissəsi ucaraq sürüşmə kütləsi üzərinə tökülüb...

    Bakıda qorxunc qəza: avtobus yük maşını ilə toqquşdu, ölən var

    Bakıda qorxunc qəza: avtobus yük maşını ilə toqquşdu, ölən var...

    Pensiyalar artıb

    Pensiyalar artıb Azərbaycanda pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb. Milli.Az xəbər verir ki, 2018-ci ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaların orta aylıq məbləği 221,1 manata çatıb. Əmək və Əhalinin...

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN