sedanews.az
sedanews.az

Aybəniz Haşımova qızı ilə kürəkəninin fotosunu paylaşdı - FOTO

24-12-2019, 11:12 731 dəfə baxılıb

Aybəniz Haşımova qızı ilə kürəkəninin fotosunu paylaşdı - FOTO



 

Əməkdar artist Aybəniz Haşımova bir neçə gün əvvəl nişanlanan qızı Aynişan Quliyeva və kürəkəni Kənan Əliyevin fotosunu paylaşıb.

Nişan mərasimində çəkilən şəkildə cütlüyün Aynişanın adını daşıdığı baba nənəsini və xalası Şahnaz Haşımovanı görürük.

Aybəniz xanım qızının nişanlanması ilə bağlı aldığı təbriklərə minnətdarlığını belə bildirib:

"Allah hamının balasını xosbəxt etsin, amma bu evlilik yaman həyacanlı məsələ imiş evlilik məsələsi. Ələxxüsus da söhbət övladdan gedirsə. Xəbəriniz var, o gündən yuxum qaçıb? Allah başınıza gətirsin. Allah heç kimin övladını atdığı addımdan peşiman etməsin. O gündən telefon susmur. Bütün dostlarım sevinir.
"Aybəniz, sənin yanındayıq" deyirlər. Dostların sənin üçün bu qədər sevinməsi, narahat olması nə qədər gözəldir! Bütün xarici ölkələrdən, yaxından balamın bu şad xəbəri ilə bağlı təbrik edənlərə sonsuz təşəkkürümü bildirirəm. Çox sağ olun, əziz insanlar! Ömrünüz həmişə xoş xəbərlərlə dolu olsun, hər sabahınız xoş xəbərlərlə acılsın! Övladlarınız, özünüz bəxtəvərlik içində olasınız. Ruziniz başınızdan tökülsün, daşsın. Yığıb-yığışdıra bilməyəsəniz! Evinizdə uşaq səsindən qulağıniz tutulsun! Canınız sağ, ömrünüz uzun olsun!"(baku.ws)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA