sedanews.az
sedanews.az

Qubada karantin qaydalarını pozaraq qonaqlıq edənlər məsuliyyətə cəlb olundular - FOTO

26-10-2020, 14:03 491 dəfə baxılıb

Qubada karantin qaydalarını pozaraq qonaqlıq edənlər məsuliyyətə cəlb olundular - FOTO

Qubada karantin qaydalarını pozaraq qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olunublar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat verib.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları rayonun Afurca kəndi ərazisində xidmət aparan zaman kənd sakini Ramin Mustafayevə məxsus evin həyətyanı sahəsində qonaqlıq məclisi təşkil edildiyini aşkarlayıblar. Məclis dərhal dayandırılıb.
Ev sahibi və məclisdə iştirak edən 20 nəfər Sumqayıt şəhər sakini saxlanılaraq RPŞ-yə gətiriliblər. Onlarla izahedici söhbətlər aparılıb və hər biri inzibati qaydada məsuliyyətə cəlb olunub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA