sedanews.az
sedanews.az

Yüz yaşlı məktəb yenidən tikilir - Foto

27-05-2019, 13:14 1 140 dəfə baxılıb

Yüz yaşlı məktəb yenidən tikilir



                100 ilə yaxın tarixi olan, Azərbaycan SSR-inin ilk maarif nazirinin, yüzlərlə ziyalının, onlarla hərbçinin, 3 şəhidin təhsil aldığı Mehman Qafarov adına Siyov kənd tam orta məktəbi üçün yeni bina inşa edilir.
Sedanews.az xəbər verir ki, bu barədə təhsil eksperti Eşlən Qafarov qeyd edib. O bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə məktəb üçün yeni bina inşa edilir.
Tikinti işlərinə artıq start verilib. Təhsil eksperti bildirib ki, uzun illərdir bərbad vəziyyətdə olan məktəb təmir edilməmişdi. Bu səbəbdən də dağılma təhlükəsi vardı.
Ekspert ölkədə təhsil müəssələrinin tikintisinə, təhsilin infrastrukturunun yenidən qurulmasına daim diqqət və qayğı göstərən cənab Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib:
“Ən ucqar yaşayış məntəqələrimizdə belə infrastruktur yenilənir, ölkənin sosial-iqtisadi inkişafı təkcə şəhərlərdə deyil, ucqar kəndlərimizdə də aydın görünür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA